Kənd Təsərrüfatı Nazirliyinə iki milyon manat ayrılıb - SƏRƏNCAM
- 29-06-2018, 18:20
- 1 300
Sərəncama əsasən elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.
Sərəncam aqrar sahəyə dövlət dəstəyinin səmərəli təşkili, bu sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi məqsədilə imzalanıb.