"Bakcell, milləti dolamayın, xidmətin keyfiyyətini yüksəldin" - Jurnalistdən sərt çağırış

Sosial

"Hörmətli Bakcell, Ordu günündə jurnalistlər arasında stend atıcılığı keçirib özünüzü vətənpərvər göstərincə, cəbhəyanı zonada xidmətin keyfiyyətini yüksəldin".

Bu sözləri Feysbuk-da jurnalist Rəşad Süleymanov yazıb.

O bildirib ki, burada xidmət edən zabitləri, gizirləri, əhalini problemsiz, kəsintisiz rabitə ilə təmin etmək lazımdır: "Bu dəqiqə Füzuli rayonundayam. Bakcellin şəbəkəsi bərbaddır. Arazboyunca - Şahsevəndən (Beyləqandan) Horadizə qədər İrancell, yuxarıda da ermənilərin şəbəkəsi imkan vermir. Milləti dolamayın. Zəmanət verirsinizmi ki, buradakı danışıqlar maraqlı tərəflərin xüsusi xidmət orqanları tərəfindən izlənilmir?".

Məsələyə şirkətin də mövqeyini dərc etməıyə hazırıq.