Prezident sərəncam imzaladı: “ASAN Xidmət”in işçiləri 60 nəfər artırıldı

Sosial

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla Dövlət Agentliyinin ("ASAN Xidmət”) işçilərinin say həddi 655-dən 715-ə çatdırılıb.