Hacı Nuranın ağciyərində şiş tapılıb

Sosial

Ötən gün xəstəxanaya yerləşdirilən aparıcı Nuran Hüseynovdan onkoloji şiş tapılıb. Bunu “Qafqazinfo”ya açıqlamasında aparıcının köməkçisi məlumat verib.

Bildirib ki, N. Hüseynov təcili olaraq Almaniyaya aparılmalıdır: “Təzyiqi qalxıb-düşürdü. Zəifləmişdi, immuniteti aşağı düşmüşdü. Analizlər verilib və birinin cavabları çıxıb. Ağciyərində onkoloji şiş tapılıb. Bu səbəbdən təcili Almaniyaya getməlidir, müalicəsi davam etdirilməlidir”.