Prezident icra başçısını işdən çıxartdı: yeni təyinat

Sosial

Tofiq Məhəmmədəli oğlu Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Məlumata görə, müvafiq sərəncamı Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.