İTV-də kütləvi ixtisarların ANONSU - "...işləməyi bacaranlar narahat olmasınlar"
- 1-06-2018, 13:13
- 1 632
Bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru Balakişi Qasımov jurnalistlərə açıqlamasında deyib.
Baş direktorun sözlərinə görə, tamaşaçı televiziyadakı yeniliyi hiss edəcək: "Çalışacağıq ki, planlarımızı qısa müddətdə həyata keçirək".
O qeyd edib ki, televiziyada kadr islahatları olacaq: "Bir şeyi xüsusi vurğulamaq istəyirəm ki, işləməyi bacaranlar narahat olmasınlar".