Nazir aparat rəhbərini işdən azad etdi

Sosial

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev nazirliyin aparat rəhbəri Rövşən Cəlilovu işdən azad edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatı Unikal.org-a təsdiqləyiblər.

Bildirilib ki, R.Cəlilov təqaüd yaşı çatdığına görə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.