“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” Xocalı faciəsini andı-FOTO
- 27-02-2017, 00:32
- 3 207
“Ana fəryadı” abidəsini ziyarət etdikdən sonra “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin kollektivi Xocalı şəhidlərini bir daha anmaq üçün geniş tərkibdə toplantı keçirmişdir. Toplantıda komitənin sədri Elşad Həmidov, sədr müavini Bəhmən İmanov, baş ekspert Tariyel Quliyev, Ağakərim Əzimov və digərləri çıxış edərək Xocalı soyqırımının əsrin ən dəhşətli faciəsi olduğunu vurğulamış, bu bəşəri cinayət törədən hazırki Ermənistan rəhbərliyinin və digərlərinin ədalət məhkəməsi qarşısında cavab vermələrinin və cəzalandırılmalarının vacib olduqlarını bir daha vurğulamışlar. O cümlədən tədbirdə Xocalı faciəsinin bütün dünyada tanıdılması məqsədi ilə, ölkəmizdə fəaliyyətdə olan bütün beynəlxalq təşkilatlara müraciət ünvanlanması barədə qərarı qəbul edilmişdir.
Tədbirin sonunda komitə sədri Elşad Həmidov “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” adından bütün Azərbaycan xalqına bu faciə ilə bağlı baş sağlığı vermiş, şəhidlərimizə Allahdan rəhmət diləmişdir.