“Exo” qəzeti öz fəaliyyətini dayandırır
- 18-05-2018, 16:49
- 1 326
Bu barədə məlumatı “Minval.az” saytı yayıb.
Qəzetin saytının da fəaliyyətini dayandıracağı bildirilib.
Qeyd edək ki, “Exo” qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Talışinski 8 mayda vəfat edib.
“Exo” qəzeti 2001-ci ildən, qəzetin saytı isə 2004-cü ildən fəaliyyət göstərir. Gündəlik qəzet hazırda 6 min tirajla çap olunur.