“Nar” İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı - Fotolar
- 17-05-2018, 19:02
- 1 191
Məlumata görə, 12-ci Olimpiadanın yekunlarına əsasən, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, ADA Universitetinin “ADA U1” komandası 2-ci, Bakı Dövlət Universitetinin “BSU1” komandası 3-cü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Sharper” komandası isə 4-cü yeri tutub. Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla, eləcə də “Nar” operatorunun təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
İnformatika olimpiadasının məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, eyni zamanda qaliblər sırasından seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir. Olimpiadaya dəstək göstərməkdə “Nar”, özünün korporativ sosial məsuliyyət strategiyasına (KSM) uyğun olaraq, İKT sahəsində yerli mütəxəssislərin yetişməsinə və İKT-nin gənclər arasında təbliğinə töhfə verir.