DTX və Dövlət Gömrük Komitəsi birgə əməliyyat keçirib
- 17-05-2018, 15:29
- 1 354
DTX-nin saytına istinadən verdiyimiz xəbərə görə, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan Həmzə oğlu müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər.
Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir.
Bildirilib ki, Azərbaycan Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.