İnam Kərimov nazirlikdə kadr dəyişikliyi etdi

Sosial

Kənd Təsərrüfatı naziri İnam Kərimov növbəti kadr dəyişikliyi həyata keçirib.

Məlumata görə, nazirin əmri ilə Ələddin Eyvazov Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub.

Qeyd edək ki, Ə. Eyvazov bu günə qədər Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.