Yasamalda SİLKƏLƏNMƏ! - Əziz Əzizov sahibkarları incidir
- 10-05-2018, 11:30
- 1 499
Narazı sahibkarlar yazırlar: "Əziz Əzizovun adamları bizi hədələyirlər ki, obyektlərimizi plana salacaqlar. Yeni Yasamaldakı əsas yollardan biri yenidən çəkilir və yol ətrafındakı obyekt sahiblərinin hamısından pul yığılır. Pul verməyənlər isə hədələnir. Əziz Əzizov bununla nəyə nail olmaz istəyir? Onsuz da insanlar güc-bəla ilə dolanırlar. İndi də obyektlərimiz bağlansa, bu, neçə yeni işsiz - yaranacaq səfil ordusu deməkdir".
Sahibkarlar bildirir ki, bununla bağlı Prezident Administrasiyasına da şikayət etməyə hazırlaşırlar: "Başqa yolumu yoxdur. Ümidimiz cənab Prezidentdir. Əziz Əzizova qalsa, biz acından ölməliyik".
Mövu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
DİA.AZ