Nazirliyin “yeniliyi” kənddə narazılıq yaratdı - Video

Sosial

Bir kənddə olan 2 məktəbin 2-si də 11 illik tam orta təhsildən, 9 illik natamam orta təhsilə keçir. Uşaqlara isə təhsillərini 8 kilometr aralıda yerləşən başqa məktəbdə davam etdirmək təklif edilir.

Tovuzun Alakol kəndində təhsil alan şagirdlərin valideynləri isə bu haldan narahatdır.

Tovuz rayon Təhsil Şöbəsindən isə bildirilib ki, məktəblərin 9 illik sistemə keçirilməsi Təhsil Nazirliyinin tətbiq etdiyi şərtlərlə həyata keçirilir. Belə ki, infrasturukturu, müəllim kontingenti həmin şərtlərə uyğun olmayan təhsil ocaqlarında da növbəti ildən 9 illik sistemlə tədris aparılacaq.

Qeyd edək ki, hazıra Alakol kəndində iki tam orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 500-dən çox şagird təhsil alır.