Mikayıl Cababrov yeni departamentə rəhbər təyin etdi - Gömrüyə nəzarət edəcək
- 3-05-2018, 16:43
- 1 755
Məlumata görə, vergilər naziri Mikayıl Cabbarov Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə sədr təyin edib.
Onun Azər İsmayılov adlı şəxs olduğu bildirilir.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Modern.az-a verilən məlumata görə, departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət siseminin təkmilləşdirilməsidir.