İcra başçısı vəzifədən alınır - Səlim Müslümov da vəzifədə deyil ki...

Sosial

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev vəzifəsindən alına bilər. Bu barədə DİA.AZ-a hökumətdəki məlumatlı mənbələr informasiya verib. Mənbə bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri olmuş Səlim Müslümovun görəvdən alınmasının ardından onun dayısı - Ağsunun icra başçısının da durumu kifayət qədər gərginləşib.

Xəbəri verən qaynaq iddia edir ki, Ağsu RİH başçısı ilə əlaqədar son günlər müəyyən gərginliklər yaşanmaqdadır: "Məlumdur ki, himayədarı "vurulmuş "olan Seyidəliyevlə bağlı dünənə qədər hətta Hesablama Palatası kimi obyektiv qurum belə doğru-dürüst hesabat açıqlaya bilmirdi. Amma indi hər şey dəyişib. Seyidəliyevin də zamanı yetişib. Yaxınlarda dəyişiklik rəsmiləşəcək və onun yerinə hazırda Ağsu RİH-də vəifə tutan şəxslərdən birinin təyinatı gözlənilir".

Mənbə onu da əlavə edib ki, Seyidəliyevin yerinə tədarük görən məmur hazırda da Bakıdadır və "işini həll etməklə" məşğuldur.

Qarşı tərəfi də dinləməyə hazırıq...