Mayın ilk gününə olan hava proqnozu
- 30-04-2018, 16:56
- 1 177
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.