Rövşən Rzayev direktoru işdən qovdu - 15 ildir, “Qaçqınkom”da işləyirmiş

Sosial

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.

Report xəbər verir ki, Komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad edilib.

Boş qalan departament direktoru vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, E.İsmayılov 2003-cü ildən bu vəzifədə çalışıb.