Bakıda 1-ci sinif şagirdini zorlayıblar? - DİN-dən açıqlama
- 25-04-2018, 17:52
- 1 570
Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeydə edib ki, bəzi KİV-də paytaxtın Xətai rayonundakı məktəblərdən birində bir şagirdin digər iki məktəbli tərəfindən guya zorakılığa məruz qalması və döyülməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılıb, deyilənlər təsdiqini tapmayıb. Bu məlumatlar əslində hansısa maraqlı şəxslər tərəfindən məqsədli şəkil yayılan dezinformasiyadır”.
Qeyd edək ki, mətbuatda Xətai rayonunda yerləşən orta məktəbin 1-ci sinif şagirdinin 10-cu sinif şagirdləri tərəfindən zorlanması barədə məlumatlar yayılıb.