Nazir: Tələbələr üçün yeni yataqxana istifadəyə veriləcək
- 25-04-2018, 15:39
- 1 489
Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Azərbaycanda elmin, o cümlədən geologiya və geofizika elminin inkişafında, həmçinin gənc kadrların formalaşmasında və alim kimi yetişməsində mühüm rol oynadığını qeyd edib.
O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb.
Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir:
“Növbəti tədris ilində yataqxananın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu da təmir ediləcək”.