316 saylı orta məktəbin direktoru maşını məktəbin həyətində saxlayır - Şagirdləri qovur
- 20-04-2018, 16:53
- 12 611
Avtosfer.az-a istinadən xəbər veririk ki, məktəbin direktoru Gülnarə Əkbərova həyətdə dayanan şagirdlərə acıqlanır və onları təcili siniflərə getməyə çağırır. Zahirən burda qeyri-adi heç nə yoxdur. Hətta direktorun bu hərəkəti təqdirəlayiqdir.
Amma fotoda diqqət çəkən digər bir maraqlı məqam var. Belə ki, məktəb direktorunun avtomobili şagirdlərin sırada dayanması üçün nəzərədə tutulmuş yerdə - düz məktəbin qarşısında park edilib. Görəsən direktor avtomobili saxlamğa başqa yer tapmırmı?