Bakıda yeni salınan yol çökdü - FOTO
- 20-04-2018, 16:34
- 2 126
Bəs görəsən, yolların yararsız hala düşməməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülər üçün hər hansı xəbərdaredici nişanlar qoyurmu və ya bu kimi hallarda sürücü məsuliyyətə cəlb edilirmi?
Məsələ ilə Axar.az-a danışan agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib ki, şəhər yollarında buna nəzarət etmək mümkün deyil:
“Yollarda xüsusi bir norma var ki, asfalt örtüyünün zədələnməməsi üçün bu norma keçilməməlidir. Şəhər yollarını bu vəziyyətə salan şəxsin təyin edilməsi o qədər də mümkün olan bir iş deyil. Ona görə bu kimi hallarda yolun təmiri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Normanı göstərən yol nişanları isə adətən magistral yollarda və qəzalı vəziyyətdə olan körpülərdə qoyulur. Belə yollarda bu işarələr qoyulmur”.