Sakinlər Binəqədi İcra Hakimiyyəti və qanunsuz tikililərdən şikayətçidir - VİDEOGİLEY
- 20-04-2018, 16:31
- 1 980
Saytımıza müraciət edən sakinlər həyətdə qeyri-qanuni avtomobil dayanacaqlarının tikildiyini, maşınlara cızılaraq ziyan verildiyini bildirib:
“120 nəfər ərizə yazıb imzalamışıq. Ərizə elektron formatda Bakı Şəhər İcra Hakimiyyəti və Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilib. Binəqədi Rayon İcra Hakimiyyətindən gəlib sökmək istəyəndə həmin qurumun Təsərrüfat şöbəsinin müdiri Elşad Rəhimov icazə vermir. O, əvvəl burada yaşayıb. Bütün məhəllə öz vəsaitimizlə ağaclar əkmişik. Bizə kömək edən yoxdur”.
primetime.az