Media Klub təsis edilib
- 20-04-2018, 10:06
- 1 093
“Media Klub”un yaradılması haqqında bəyanatı Arif Əliyev, Elçin Şıxlı, Elimdar Əliyev, Ələsgər Məmmədli, Əvəz Zeynallı, Qulu Məhərrəmli, Mehman Əliyev, Zahir Əzəmət imzalayıb.
Sənəddə qeyd edilir ki, media ictimaiyyətinin nümayəndələri Azərbaycanda müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-in təşəkkülünə və onlara olan ictimai etimadın bərpasına kömək edəcək mühitin yaradılması, o cümlədən informasiya vasitələrinin manipulyasiya, təcavüz, təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısının alınması məqsədi ilə səylərin birləşdirilməsini zəruri hesab edir.
“Media Klub”un yaradılması ideyası Azərbaycan informasiya məkanının üzləşdiyi, ənənəvi KİV-in böhranı və sosial şəbəkələrin manipulyasiya sisteminə çevrilməsi cəhdləri ilə səciyyələnən çağırışlarla şərtlənib.