İnterpol azərbaycanlı dələduzu axtarır

Sosial

Azərbaycan vətəndaşı olan Yusif Kərimov beynəlxalq axtarışa verilib.

İnterpolun saytına istinadla xəbər veririk ki, Kərimov dələduzluqda ittiham edilir.

Məlumatlara əsasən, 1979-cu il təvəllüdlü Yusif Kərimov məsuliyyətdən qaçmaq üçün Azərbaycan sərhədlərindən kənara çıxdığına görə axtarışa verilib.