Sinoptiklər 20 dərəcə isti vəd edirlər
- 16-04-2018, 13:06
- 1 245
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək. Cənub küləyi əsəcək.
Rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi, günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.