““BP”yə işə düzəlmək üçün 4 min verdim”
- 13-04-2018, 15:03
- 1 218
xalqxeber.az verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə zərərçəkmiş Pərvin Hüseynzadə ifadə verərək bp şirkətinə işə düzəlmək üçün S.Əhmədova 4 min manat pul verdiyini deyib: "İş alınmadı, Seymura da zəng çatmırdı. Mən də polisə şikayət edəndə bildim ki, artıq tutublar".
S.Əhmədov deyilənləri təsdiqləyib.
Proses aprelin 19-da davam etdiriləcək.
Qeyd edək ki, S.Əhmədov "bp" neft şirkətinə işə düzəltmə adı ilə 6 nəfərə qarşı 20 min manata yaxın ziyan vurub.