Qubada meşədə baş verən yanğın söndürüldü
- 11-04-2018, 18:11
- 1 412
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçib və 0,5 hektara yaxın ərazini əhatə edib.
Yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində 15-40 radələrində söndürülüb.
Yanğın zamanı 0,5 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb.
Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır.