Şahdağ Milli Parkında yanğın başlayıb
- 11-04-2018, 16:20
- 1 532
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər veririk ki, daha sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçib və 0,5 hektara yaxın ərazini əhatə edib.
Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində operativ tədbirlər görülür.