Bir sıra məntəqələrdə seçki qutuları şəffaf deyil

Sosial

'Get dövlətdən soruş''

“Müşahidəçi olduğum seçki məntəqəsində seçki qutularının bəziləri şəffaf deyil”.

Seçkilərdə müşahidəçilik edən fəal Əli Zeynal belə deyir. O, Bakıının Yasamal rayonunda 17-ci seçki dairəsinin 5, 6, 7-ci məntəqələrində müşahidəçidir. Məntəqə 52 saylı məktəbdədir.

Ə. Zeynal deyir ki, əvvəlcə qutuların üstündə nömrələr və gerblər də vardı. Məntəqə sədrinə gələn zəngdən sonra söküldü:

“Sədrdən bunun səbəbini soruşdum. “Tapşırıq belədir, səbəbini biz də bilmirik. Sadəcə sökün dedilər, sökdük” - cavabını verdi”.

Müşahidəçi onu da bildirir ki, məntəqədəki qutuların bəziləri şəffaf olsa da bəziləri tünd rənglidir:

“Niyə fərqlidir? - deyə verdiyim suala isə məntəqə sədri "get dövlətdən soruş, bilmirəm” - cavabını verdi”.