"Bu gün böyük sensassiya olacaq" - Azərbaycanlı astroloq
- 22-02-2017, 18:08
- 2 112
Tanınmış astroloq Səbuhi Rəhimli də deyir ki, adətən günə qoroskop xəritəsini müşahidə etməklə başlayır. Fərdi adamların astroloji göstəriciləri ilə yanaşı müxtəlif bölgələrin ictimai-siyasi xəritəsinin də qurula bildiyini söyləyən astroloq illik proqnozlarında məhz bu metoddan yararlanır.
xalqxeber.az xəbər verir ki, yayımlanan "İki tutulma arasında" başlıqlı köşə yazısında 11-26 fevral periodunun asan keçməyəcəyini qeyd edən Səbuhi Rəhimli planetar quruluşun gərgin günlərindən biri kimi fevralın 22-nə diqqəti çəkib.
Astroloqun cebhe.info-ya verdiyi məlumata görə, astroloji göstəricilər Bakı vaxtilə saat 12:30-dan 22:40-a qədər olan aralıqda gözlənilməz hadisələr olacağını söyləməyə əsas verir. Harada və nə olacağını demək istəməyən S.Rəhimli siyahıya Cənubi Qafqazın da aid olduğunu vurğulamaqla kifayətlənib: “Onu qeyd edim ki, günün astroloji xəritəsi böyük sensassiya olacağından xəbər verir”.
cebhe.info