Əziz Orucov azadlığa buraxıldı
- 5-04-2018, 11:55
- 1 807
Vəkili Cavad Cavadov açıqlamasında bildirib ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Ə.Orucovun ittiham edildiyi qanunsuz sahibkarlıq (192-ci maddə) maddəsinə xitam verilib və bu epizod üzrə günahı olmadığı bildirilib.
Cinayət Məcəlləsinin 308-2-ci maddəsi üzrə ittiham 308.1-ci bəndə tövsif edilib. Ə.Orucova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Ə.Orucov özü prosesdə iştirak etməyib, yaxın saatlarda saxlanıldığı təcridxanadan azadlığa buraxılacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.