Növbəti 4 gündə hava necə olacaq?

Sosial

Azərbaycan ərazisində növbəti 4 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında deyib ki, aprelin 5-dən 9-dək ölkədə hava şəraiti mülayim keçəcək.
Onun sözlərinə görə, aprelin ikinci ongünlüyünə qədər Azərbaycan ərazisində yağmursuz hava şəraiti müşahidə olunacaq: "Mülayim cənub-şərq küləyi əsəcək".

G.Məmmədova qeyd edib ki, bu günlə müqayisədə növbəti günlərdə havanın temperaturu tədricən yüksələcək.