Mirşahin köhnə ANS-çiyə yeni TV-sində iş vermədi
- 3-04-2018, 16:11
- 1 649
A.Alxaslı açıqlamasında saytlardan birində bölgə müxbiri işlədiyini deyib. O, buna baxmayaraq, hələ də televiziyada işləmək istədiyini bildirib. Jurnalist, həmçinin qeyd edib ki, Mirşahin Ağayev yeni açdığı Real TV-yə onu dəvət etməyib.
“Təklif gəlsə belə, nə qərar verəcəyim barədə bir söz deyə bilmərəm. Başqa işlərdə işləmək istəmirəm. Televiziyada işləmək istəyərəm, arzu heç vaxt tükənmir, özümü doğma olan kollektivdə, ANS-çilərlə bağlı kollektivdə görmək istəyərəm. Hazırda ANS-çi olaraq qalsam, daha yaxşıdır”.