Azərbaycana keçmək istəyən erməni qadın aeroportda saxlanıldı

Sosial

Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda Karina Oqanesyan adlı erməni əsilli qadın saxlanılıb.

Bu haqda Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Estoniya vətəndaşı olan qadın mart ayının 23-də Bakı aeroportunda saxlanıldıqdan sonra deportasiya edilib.