“Təfəkkür”ün tələbələri hara köçürüləcək? - Açıqlama
- 17-01-2017, 13:40
- 2 443
Bununla bağlı qafqazinfo nazirliyə sorğu ünvanlayıb. Nazirlikdən cavab olaraq bildirilib ki, tələbələrin köçürüləcəyi universitetlərin siyahısı qış imtahan sessiyası başa çatdıqdan sonra dəqiqləşəcək:
“2016-2017-ci tədris ilində "Təfəkkür" Universitetini müvəffəqiyyətlə bitirmiş məzunlara universitet tərəfindən diplomların verilməsi təmin ediləcək. Hazırda Təfəkkür Universitetində 750 tələbə təhsil alır. Onlardan 124 nəfəri IV kursda təhsil alır və bu ilin məzunlarıdır. Tələbələr, əsasən, özəl universitetlərə köçürüləcək. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək”.