XalqXəbər.Az

XalqXeber.Az » Sosial » DƏRƏÇİÇƏK MTK-nın RƏHBƏRLİYİNİN SEÇKİ SABOTAJI

DƏRƏÇİÇƏK MTK-nın RƏHBƏRLİYİNİN SEÇKİ SABOTAJI

DƏRƏÇİÇƏK MTK-nın RƏHBƏRLİYİNİN SEÇKİ SABOTAJI
29-03-2018, 09:49

Azərbaycan Respublikasının Prezidenti Hörmətli İlham Əliyev Cənablarına
surəti:Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Xanımı Millət vəkili, Hörmətli Mehriban Əliyevaya
surəti: Fövqəladə hallar naziri cənab K.Heydərova
surəti: Dövlət NeftŞirkətinin Prezidenti R.Abdullayevə
surəti: Yasamal Rayon İcraHakimiyyətinə
surəti: “Azəriqaz” İB-nin direktoruna


Şikayətimiz Bakı şəhərində yerləşən"DƏRƏÇİÇƏK" MTK-nın sahibi Rauf Əliyevin seçki öncəsi özbaşınalıqlarındandır.
Bakı şəhər, Yasamal rayonu Şərifzadə 571 ünvanında yerləşən "DƏRƏÇİÇƏK" MTK-ya məxsus 18 mərtəbəli bina 2005-ci ildən istifadəyə
Verilməsinə baxmayaraq binadan ev alan sakinlər acınqacaqlı vəziyyətdə yaşamağa məhkum edilib.
Alqı-satqı zamanı insanlara yalan vədlər verən Rauf Əliyev 13-ildir ki, sakinləri aldadır. Əvvəla, MTK ərazisində insanların yaşayışı üçün heç bir iş görülməyib. Bina ərazisi bombardman edilmiş zonanı xatırladır. Binanın ətrafı, həyəti addımbaşı təhlükə mənbəyi olduğundan uşaqlarımızı həyətə buraxa bilmirik. Ərazidə “gözəl” müharibə filmi çəkmək olar.
3 blokdan ibarət 18 mərtəbəli binanın yalnız 2 blokunda lift yenicə quraşdırılıb. Təhlükəsizlik qaydalarına zidd şəkildə quraşdırılan liftlər insanhəyatı üçün çox təhlükəlidir. Liftlərin ətrafları hörülmədiyindən bayırda əsən külək liftin içinə vurur.
Bütün bunlar azmış kimi Rauf Əliyev sakinlərə elektrikenerjisinin 1 kilovatını 9 qəpikdən satır. Halbuki tariff şurası əhaliyə elektrik enerjisinin 300 kilovata qədər 1kilovat saatı üçün 9 qəpik təyin edilib.
Binada qaz olmadığından sakinlər elektrik enerjisindən istifadə edir. Bu da həədn artıq yüklənməyə səbəb oplduğu üçün binaya verilən elektrik enerjisi tez-tez kəsilir.
Sakinlərin ən qlobal problemlərindən biri, yaralı yeri qazdır. 13 ildirki, insanlar qazsız yaşayır.
“Azəriqaz" İB ölkənin qaz təchizatının yaxşılaşdırılması, qəsəbə və kəndlərin qazlaşdırılması istiqamətində intensivişlər aparır. Bu məqsədlə yeni qazpaylayıcı stansiyalar tikilərək istifadəyə verilir lakin bizim
Binaya qaz verilmir.
Rauf Əliyev binaya qaz verilməsi üçün sakinlərdən qazsayğacı üçün 750 manat tələbedir. Halbuki əhaliyə qaz, su və işıq sayğaclarının quraşdırılması aidiyyatı idarələr tərəfindən Qanunların tələbləri əsasında təmənnasız həyata keçirilir.
Rauf Əliyev sakinlərə deyirki, “qaz idarəsi məndən “şapka” istəyir, pul yığın aparım verim, qazınız olsun”
Rauf Əliyev Prezident Seçkilərinə kimi binaya qaz veriləcəyi vədinədə əməl etməyib binada yaşayan 50 ailənin əsəbləri ilə oynayıb, insanları ələ saldı.
Prezident Seçkiləri ərəfəsində çoxsaylı insanlarar asındakütləvi narazılıq yaratmaqda"DƏRƏÇİÇƏK" MTK-nın sahibi Rauf Əliyev görəsən
Hansı məqsədlərə xidmət edir və marağı nədir ?
Dəfələrlə söz verib sözünü tutmayan Rauf Əliyevə İmam Əlinin birkəlamını xatırlatmaq istəyirəm. “Verilən söz, verilən və dnamus qədər müqəddəsdir”
Sizdən artıq dərəcədə xahiş edirik yaşadığımız binaya qaz verilməsi və MTK rəhbəri Rauf Əliyevin fəaliyyətinin araşdırılaraq barəsində lazımi tədbirlər görülməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz.
Öncədən Sizə minnətdarıq.

Hörmətlə : Abbasov İntiqam

28.03.2018

xalqxeber.az
DƏRƏÇİÇƏK MTK-nın RƏHBƏRLİYİNİN SEÇKİ SABOTAJI
DƏRƏÇİÇƏK MTK-nın RƏHBƏRLİYİNİN SEÇKİ SABOTAJI
DƏRƏÇİÇƏK MTK-nın RƏHBƏRLİYİNİN SEÇKİ SABOTAJI
DƏRƏÇİÇƏK MTK-nın RƏHBƏRLİYİNİN SEÇKİ SABOTAJI
DƏRƏÇİÇƏK MTK-nın RƏHBƏRLİYİNİN SEÇKİ SABOTAJI

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.