"Mənə yanlış yerə şəkər diaqnozu qoydular..." - "Baku Medical Plaza"dan narazılıq
- 28-03-2018, 09:27
- 1 753
Medicina.az-a istinadən xəbər veririk ki, bu sözlərin müəllifi pasiyent Ruhanə Qurbanova Azərbaycanın məşhur özəl klinikalarından biri olan Baku Medical Plazanı məhkəməyə verməyə hazırlaşır.
Pasiyentin şikayət məktubunda onun başına gətirilənlər qeyd olunub. Pasiyent klinikanın mama ginekoloqu Gülnar Məmmədovanın pasiyenti olub. Hamiləlik dövründə yanlış müalicə nəticəsində uşağını itirmək təhlükəsi ilə üz-üzə qalan xanım təcili keysər əməliyyatına alınır.
Epiderual keyitmə ilə əməliyyat olunan xəstədə əməliyyatdan sonra belində, onurğasında problemlər yaranıb. Üstəlik dünyaya gəlmiş körpənin də belində zədələnmə olub. Sonradan dəfələrlə digər xəstəxana və həkimlərdə müayinə və müalicə olunan R. Qurbanovaya əməliyyat vaxtı həm özünün, həm körpənin zədə aldığını bildiriblər.
Pasiyent bununla bağlı həm ginekoloqa, həm anestezioloqa, həm klinikanın baş həkiminə, həm Səhiyyə Nazirliyinə müraciətlər edib. Klinika ümumiyyətlə onu iqnor edir, şikayətini dinləmir. Aylarla müalicələrə vaxtı və pulu gedən vətəndaş başına gələnlərdə klinika və həkimlərini səbəbkar bilir.
O, klinikadan maddi zərərin ödənməsini və ya müalicə edilməsini istəyir.