Tikintiyə icazə verilmə qaydası DƏYİŞDİRİLİR

Sosial

Azərbaycanda tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulan məlumatları 10 iş günü müddətində deyil, 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edəcək.

Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təklif edilir.

Məcəllənin 75-ci (Tikintiyə icazə verilməsinin ümumi qaydaları) maddəsində edilən dəyişikliyə əsasən, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulan məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edəcək. Əvvəlcə bu müddət 10 gün idi.

Dəyişiklik layihəsi Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.