Orqan mafiyasına görə həbs olunan “Qarabağ”ın məşqçisinin qardaşıdır
- 15-03-2018, 11:44
- 1 397
xalqxeber.az apasport-a istinadən xəbər verir ki, həbs edilən şəxs “Qarabağ” futbol klubunun baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.
E.Xudadatov açıqlamasında məlumatı təsdiqləyib: “Vahib mənim qardaşımdı. Açığı, özüm də bilmirəm ki, niyə həbs olunub. Qardaşımla ayda bir dəfə görüşək, ya görüşməyək. Vahibin bir avtomobili var, taksi sürücüsü idi. Ailəsi yanına gedib. Hazırda harda olduğundan xəbərim yoxdur”.