Bakıda İLGİNC OLAY - sex sahibi səs-küyə görə 2500 manat cərimələnib
- 14-03-2018, 11:46
- 1 684
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ETSN-nin mütəxəssisləri tərəfindən Maştağa qəsəbəsinin Ramana gülçülük sovxozu ərazisində yerləşən sexdə aparılan ölçmə işləri nəticəsində sexdə işləyən iri həcmli köhnə ventilyatorların yaratdığı səs-küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.
Faktla bağlı sexin sahibi Elxan Feyzullayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib.
Köhnə ventilyatorların sökülüb müasir ventilyatorlarla əvəz olunması üçün sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.