“Azəravtoyol”un işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilib - Sərəncam

Sosial

Prezident İlham Əliyev “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Əliyev Ziyəddin İsmayıl oğlu və Qasımov Əflatun Allahyar oğluna “Əməkdar mühəndis” fəxri adı verilib. Həmin şəxslər Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə təltif olunublar.