1 saylı poliklinikada peyvənd alveri - GİLEY
- 6-03-2018, 09:42
- 1 251
Oradan deyiblər ki, bizdə iynələr məsləhətli deyil. Sonra nəsə olsa, bizlik deyil. Gedin iynəni “Nizami” metrosu ilə üzbəüz Zivər Əhmədbəyov küçəsində yerləşən "Zərdab Kabineti " deyilən yerdən alın gətirin, vuraq . Bilmirəm, bu, nə məsələdir? Dövlət poliklinikasının belə deməyi, göndərdiyi yerin hara və niyə olması, oradan alınan iynəyə nə dərəcədə inanmalı olmağımızı anlaya bilmirəm”.
Məsələ ilə bağlı Nəsimi rayonu 1 nömrəli uşaq polinklinikası ilə əlaqə yaratdıq. Polinklinikanın baş həkimi Ceyran Məmmədova Cebhe.info-ya açıqlamasında deyib:“Sizə verilən bu informasiya düz deyil. Bəlkə başqa yerdən belə bir informasiya verilib? Belə bir şey ola bilməz. Sizin sözünüz varsa, buyurun şikayətlə müraciət edə bilərsiniz” .
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə məsələ ilə bağlı araşdırma aparacaqlarını bildirib.