“Azercell” satıldı

Sosial

Skandinaviyanın “Telia” telekommunikasiya şirkəti Azərbaycanın ən iri mobil rabitə operatoru “Azercell”dəki payını satdığını açıqlayıb.

Bu barədə “Reuters” agentliyi məlunmat yayıb. Şirkət “Azercell” dəki 51,3 faizlik payını 222 milyon avroya satıb.

Məlumata görə, “Azercell”in səhmlərini Azərbaycanın “AzInTelecom” şirkəti alıb.

Qeyd edək ki, “AzInTelecom” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir.