Yeni yaradılan agentliyə direktor təyin olundu
- 1-03-2018, 17:02
- 1 603
İqtisadiyyat nazirinin müvafiq əmri ilə bu vəzifəyə Orxan Məmmədov təyin olunub.
Orxan Məmmədov 1984 cü il iyul ayının 1 də Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2009-cu ildə Odlar Yurdu Universitetinin Biznes administrasiyası üzrə magistr dərəcəsini alıb. 2012-ci ildə Azərbaycan İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirib. Əmək fəaliyyətinə 2006-cı ildən Sənaye və Energetika nazirliyində başlayıb və 2007-ci ilin mart ayından 2018-ci ilin fevral ayınadək İqtisadiyyat nazirliyində müxtəlif vəzifələrdə çalışıb və məsləhətçidən şöbə müdiri vəzifəsinə yüksəlib.
Evlidir,üç övladı var.