Artur Rasi-zadə Energetika Nazirliyinin kollegiyasının tərkibini dəyişdirib
- 19-02-2018, 18:09
- 1 391
Qərarla Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının energetika naziri
Kollegiyanın üzvləri:
energetika nazirinin müavinləri;
Energetika Nazirliyinin Aparatının rəhbəri;
Energetika Nazirliyinin Aparat rəhbərinin müavini - daxili nəzarət şöbəsinin müdiri;
Energetika Nazirliyi Aparatının neftqaz siyasəti şöbəsinin müdiri;
Energetika Nazirliyi Aparatının energetika şöbəsinin müdiri;
Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.