Sabah Bakıda doqquz dərəcə isti olacaq
- 19-02-2018, 13:29
- 1 149
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
Rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.