Sabah paytaxtın bu hissəsində su olmayacaq
- 14-02-2018, 19:17
- 1 222
Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar sabah gün ərzində Təbriz küçəsi boyu ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.