Qalmaqalları başdan aşan Damət Bağırovu rektora birləşdirən dəyər nədir? - İDDİA
- 12-02-2018, 12:17
- 2 110
***
Bu arada ölkə KİV-ləri az əvvəl yazmışdı ki, Dövlət İqtisad Universitetinin sabiq müəllimi Vəfa Osmanlı etibarını qazandığı insanları aldatmağa müvəffəq olaraq bəzi şəxslərə qaşı 1 milyona yaxın dələduzluq etmişdir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində 46 yaşlı Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə prosesi davam edir (Məhkəmə prosesinə hakim Zeynal Ağayev sədrlik edir). Ən maraqlısı budur ki, külli miqdarda pulu ələ keçirilən Kəminə Cəbrayılova isə ADİU-nun prorektoru Damət Bağırovun ən yaxın adamlarından biri olub. «…Kəminə Cəbrayılova adi bir işçi olduğu halda bu qədər pul onda haradan idi?», -deyə bu gün «Təzadlar»a daxil olan məlumatda bildirilir.
Məktub müəllifi onu da əlavə edir ki, hazırda ADİU- da yoxlama aparan Baş Prokurorluğun araşdırma qrupu bu məsələni də araşdırırmı? «…ADİU-da hamı bilir ki, universitetdə bütün iqtisadi-maliyyə işlərinə də Damət Bağırov rəhbərlik edir. Maraqlıdır ki, oğlunu tələm-tələsik müdafiə etdirən Damət Bağırovun bir ayağı xarici ölkələrdədir… Təbii ki, bu elmi ezamiyyət məqsədli deyil… Biz bilmək istəyirik, necə olur ki, ADİU dəhlizlərində quraşdırılan monitorlara təxminən 12 milyon manatdan çox pul silinib? Adi monitorlara bu qədər pul necə silinə bilər axı? Baş Prokurorluq bunları araşdırırmı??? Bundan başqa, Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə istintaqı hələ də bitib-tükənmir. Hansı ki, onun toruna düşənlərin sayı on nəfərdir, həmin şəxslərə qarşı 1 milyon manata yaxın dələduzluq edilib. Zərərçəkənlər - Asif Orucəliyev, Cəmalə Cəbrayılova, Kəminə Cəbrayılova (ADİU-nun işçisi) Orxan Səlimov, Solmaz Babayeva, Nəzirxanım Şirinova, Jalə Hüseynova, Bəhruz Nağıyev, Mətləb Kərimov və Səbinə Həsənova V.Osmanlının əməllərindən DİN-ə şikayət ediblər. Onların şikayətləri əsasında Vəfa Osmanlı tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb... Vəfa Osmanlı zərərçəkmiş Kəminə Cəbrayılova ilə birgə Dövlət İqtisad Universitetində işləyib, yaxın rəfiqə olublar. Rəfiqəsinin valyuta alveri ilə məşğul olduğuna inanan Kəminə Cəbrayılovanın həm özü, həm nişanlısı, həm də bacısı Vəfanın toruna düşüblər... K.Cəbrayılovanın nişanlısı Asif Orucəliyev də eyni üsulla aldadılıb. Vəfanın valyuta mübadiləsi ilə məşğul olduğunu eşidən A.Orucəliyev ötən ilin sentyabr ayında ona 75 min manat verib və əvəzində dollar gətirməsini xahiş edib. Amma elə bununla da pulları ilə vidalaşıb. Belə ki, aradan xeyli müddət keçsə də Vəfa hər dəfə bir bəhanə gətirib. Asif pullarını geri tələb etdikdə Vəfa telefonları söndürüb və ondan qaçıb. Ötən ilin iyulunda Vəfa O.Səlimova qardaşının Ədliyyə Nazirliyinin Göyçay rayon şöbəsində işlədiyini, iş yerinin dəyişdirilməsi üçün 50 min manat lazım olduğunu deyib: “Vəfaya pulu verdim, amma geri qaytarmadı. Hər dəfə müxtəlif bəhanələr gətirirdi”. Təsəvvür edin ki, Vəfanın qurbanları arasında 400 min manatından “keçən” Bəhruz Nağıyev də var. Bir neçə dəfə Vəfaya milli pul verib dollar alan B.Nağıyev sonda aldadılıb. Vəfa ona 400 min manatın müqabilində 255 min dollar gətirəcəyini vəd edib, amma gətirməyib...
Hörmətli «Təzadlar»! Biz sizə bir dəfə oxşar sualla müraciət etmişdik. Təkrar sual edirik: ADİU-da adi bir müəllim işləyən Vəfa Osmanovanın prorektor Damət Bağırovun yaxın adamı olduğunu hamı bilir. Bəs necə olub ki, Damət Bağırov onun belə bir əməllərindən xəbərsiz olub? Və bu qədər əməllər müqabilində necə olub ki, sonradan Vəfa Osmanovaya öz ərizəsi ilə işdən getmək şansı verilmişdir? Bütün bunlara görə Damət Bağırov niyə məsuliyyət daşımır? Və necə olur ki, bu qədər qalmaqalları başından aşan bir şəxs rektor Ədalət Muradovun ən sevimli adamlarından birinə çevrilib? Onları birləşdirən dəyər nədir???».
Mövzuya qaydacağıq…
tezadlar.az