“Avesta” konsernində kütləvi istefa
- 5-02-2018, 11:54
- 1 547
“Avesta” işçilərinin sözlərinə görə, bütün bu olanlardan sonra işdən könüllü ayrılmaq məsburiyyətində qalıblar: “Bizdən sorna istefalar yenə olacaq. Çünki bu konsern batır. Dövlətdən lazımı dəstəyi ala bilməyən şirkət özü-özünü nə qədər saxlaya bilər? “Avesta” bütün layihələrdən uzaqlaşdırılıb. Hacı İbrahim müəllim bu il təzə başlayanda mətbuata açıqlamasında deyib ki, guya investorları təzədən bu projeyə cəlb edib və yaxın günlərdə işə qaldıqları yerdən başalayacaqlar. Hansı investoru cəlb etdi bizim xəbərimiz olmadı? Və ya hansı yerli və xarici sərmayədar adı “Beynəlxalq bank işi”ndə hallanan birinə pulunu etibar edə bilər?”.
Məlumat üçün qeyd edək ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Ada şəhərcikdə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikilməlidir (tikilərsə dünyanın ən hündür binası olacaq)
Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi də planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir.
Amma işlərin yarımçıq qalması layihənin gerçəkləşəcəyini şübhə altına alıb.
► Mövzu ilə bağlı “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmli ilə əlaqə yaratmaq cəhdimiz heç cürə alınmadı, onun da mövqeyini öyrənib dərc etməyə hazırıq…